Hacıyeva Ləman Təhmasib qizi 2006-cı ildə Bakıda anadan olmuşdur. Hal-hazırda 240 nömrəli məktəbin 11-ci sinifində rus bölməsində təhsil alır. Ağlına belə gətirmədiyi alətlə qarşılaşması onun taleyini dəyişdirir. Uşaqlıqdan skiripkaya həvəsi olsa da, valideyninin istəyi pianino olmuşdur. Musiqidən veriləcək imtahana hazırlaşarkən musiqi alətləri ilə tanışlıq onu qanun aləti ile qarşılaşdırır. İlk dəfə gördüyü bu alət, simlərindən çıxan ecazkar səs ona musiqinin sehrli dünyasını açmış olur.
Beləliklə 2018-ci ilde Müslüm Maqomayev adına 11 illik musiqi məktəbinin qanun şöbəsinə daxil olur. Ləmana qanun alətində ifa etməyin sirlərini dəyərli müəlliməsi Kamilova İradə xanım öyredir. Bu yolda onun dəstəyi sonsuzdur. Hacıyeva Leman ölkəmizdə keçirilən bir çox müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanmışdır.Ləman həmçinin beynəlxalq konkurslarda iştirak edərək ölkəmizi layiqli təmsil etmişdir. Beləki 2021-ci ilde Belarusiyada keçirilən "Снежная Увертюра" adlı beynəlxalq konkursda l dərəcə ilə qiymətləndirilərək Laureat adını qazanmışdır.
Növbəti Laureat adına isə 2021-ci ilde Qazaxıstanda keçirilən "Музыкальная весна " adlı beynəlxalq konkursda layiq görülmüşdur. Azərbaycanda hər il keçirilən 1 iyun uşaqlar gününə həsr olunmuş "Üç Alov"(Three Flames) adlı festivalda uğurla çıxış edib.
2022-ci ildə isə qardaş dövlət Türkiyənin Antalya şəhərində keçirilən "Akdeniz Sounds " adlı 2 turdan ibarət konkursda iştirak etmiş, uğuruna daha bir uğur əlavə edərək, ll yerə layiq görülmüşdür. Təhsil aldiği 240 nömrəli məktəbin müdiriyyəti tərəfindən ictimai işlərdə fəal iştirakına və məqsədyönlü səmərəli fəaliyyətinə görə " Fəxri Fərman"a layiq görülmüşdür.
Və nəhayət bu il də Böyük Britaniyanın paytaxt mərkəzində-Londonda keçirilən nüfuzlu , beynəlxalq "GOLDEN TİME TALENT " müsabiqəsində yüksək- 99,5 balla qiymətləndirilərək, ölkəmizin adını zirvəyə ucaldaraq I yerə layiq görülmüşdür.
X.İsmayıl
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.