Novruz bayramı ərəfəsində Ağcabədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid və qazi ailələri ziyarət olunur, qəhrəmanlarımız ehtiramla anılır.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis müavini mayor Faiq Vahabov şəhid və qazi ailələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bildirib.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik edərək, qeyd edib ki, qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq üçüncü ildir ki, Novruz tonqalı işğaldan azad olunmuş torpaqlarımızda da şölələnir. Bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.
Şəhidlərimizin döyüş yolundan söz açan valideyinlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan, xüsusilə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi hörmətdən, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.
Ziyarətlər zamanı şəhid və qazi ailələrinə bayram sovqatları çatdırılıb.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.