"Elm", "elm" deyirik. Elmi ilə özünü başqasından üstün tutmağı heç kəs pisləmir, hər kəs bir-birinə elm öyrənməyi məsləhət görür, yaxınlarının elmli olmağına çalışır. "Qüvvət elmdədir..." fikri ilə başlayan məşhur misralar, deyəsən, bizdə bir qədər fərqli anlaşılıb. Hərdən elə hallar müşahidə edirik ki, bizimkilərin elm anlayışının lazım olan diplomları yığıb qabağa getmək, hansısa kürsüdə əyləşməkdən o yana keçmədiyi qənaətinə gəlirik. "Elmli adamdır", "alimdir" deyib hörmət etdiklərimizin həyata, elmə baxışı çox vaxt təəssüf doğurur. Akademiyada, ali məktəbdə çalışan birinin söhbətindən din, mövhumat töküləndə az qalıram ağlayım.
Fəlsəfə doktoru mənə öz sahəsindən danışmaqdansa ruhları hiss etdiyindən, qonşunun onun uğruna çıxanda ziyan çəkdiyindən, bədnəzərdən-filandan həvəslə "dərs keçir". Bizim elmlilərimiz elmdən çox dinə bağlıdır. Canını etibar etdiyin həkim də sənə dindən bəhs edir. Xəstəyə yardımdan boyun qaçıran həkimi qınayıram, o biri həkim deyir, müqəddəs yerləri ziyarət etməyə gedib, işin olmasın.
Fizika, biologiya, kimya kimi elmləri mənimsəyən adam apardığı reaksiyanı dinlə əlaqələndirir. Soxulcanı gah arxası üstə, gah da böyrü üstə çevirib başlayır dinə bağlamağa. Elm öyrənib dindən danışacaqlarsa, niyə elə bəribaşdan dini təhsil almırlar?
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.