Gəncədə marketə silahlı basqın olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupu tərəfindən yayılan videoda 1 nəfər maskalı şəxsin qanunsuz olaraq daxil olması, gözətçiyə küt alətlə xəsarət yetirməsi və oradan içində külli miqdarda pul olan dəmir seyfi aparması aydın görünür.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və dəmir seyfi marketin yaxınlığındakı tikintidə qəsdən gizlətdiyini bildirib.
Həmin görüntüləri təqdim edirik:
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.