Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsi hər vətəndaşda olduğu kimi mənim də qəlbimdə, zehnimdə dərin iz qoydu. Məhz bu hiss “Qarabağ Marşı”nı ifa etməyimə və eləcə də klipin azad olunmuş torpaqlarda lentə alınmasının əsas səbəbi oldu deyə bilərəm.
Şuşa Qalasında, Cıdır düzündə cəkiliş edərkən keçirdiyim həyəcan tərif edilməzdir. Bu torpaq uğrunda canından keçən şəhid qardaşlarımın ailələrinə ALLAH-dan böyük səbr diləyirəm. Bu tək Azərbaycanın deyil, Türkiyənin də acısı idi.
Bu arada “Qarabağ Marşı”nın söz və musiqisi də Türkiyəli həvəskar bəstəci Zübeyir Kurta aitdir.
Marşın musiqi tərtibatı ilə yanaşı, mənə böyük cəsarət verən və eləcə də bu işdə dəstəyini əsirgəməyən Azərbaycanımın sevilən-seçilən bəstəkarı Tural Məmmədli oldu.
Klipdə cəkiliş qrupunun, Rejissor - Rüstəm Fərman İsmayılov, Montaj - Soltan İbrahimov və musiqiçilər Fleyta - Nicat Məmmədov, Violin - Səid Məmmədov, Renata Abubəkirova, Geyim - Sedat Çiçekin zəhməti danılmazdır.
Yeri gəlmişkən klipdə Azərbaycan Respublikasının Xalq Artisti, Aparıcı səhnə ustası Nurəddin Mehdixanlı əzəmətli səsiylə bir bənd se”r səsləndirməsi də mənə ayrıca qürur verdi.
Fürsətdən istifadə edərək bizə şərait yaradan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Bakı Büyükelçiliği Basın Müşavirliyinə xüsusi təşəkkürümü bildirirəm.
Bu işin ərsəyə gəlməsi Azərbaycan – Türkiyə qardaşlığının parlaq nümunəsidir.
Rejissor: Rüstəm Fərman Ismayilov
Operator və montajçı: Soltan Ibrahimov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.