Bu gün səhər yolumu Sumqayıtdakı Şəhidlər Xiyabanından saldım. Axı bu gün Xocalı faciəsinin 31-ci ildönümüdür. Şəhidlər Xiyabanında tək-tük adam vardı. Xocalı faciəsinə həsr olunmuş abidə önündə isə kimsə yox idi. Abidəni ziarət etdim, önünə qərənfillər düzdüm, "Fatihə" verdim, Xocalı şəhidlərinin ruhuna dualar oxudum.
Insanların belə az olmasından narahat oldum. Maraqlandım dedilər ki, rəsmi tədbir dünən olub.
Deyəcəklərim...
Birinci deyəcəyim odur ki, əgər faciə, soyqırım 26-na keçən gecə olubsa, 26 fevral da "Xocalı faciəsi günü" kimi rəsmi status alıbsa, niyə kütləvi ziyarət 25-nə salınsın ki? O günün həftənin hansı gününə düşməsindən asılı olmayaraq (O, bir ayrı məsələdir ki, bir xalq, millət olaraq bu faciəni unutmamalı, davamlı olaraq ziyarətdə bulunmalı, məqsədyönlü işlər görməliyik). Bu bir növ ona bənzəyir ki, "Aşura" gününü "Tasua" günü, 20 yanvarı 19-da, Azərbaycanlıların soyqırını gününü 31 martda yox, 30 martda, Zəfər gününü 8 noyabrda yox, 7 noyabrda və s. və ilaxır qeyd edirsən.
Ikinci deyəcəyim odur ki, faciədən 31 il keçməsinə baxmayaraq, biz yenə də "Xocalıya ədalət" şüarı ilə hərəkət edirik. Ötən 30 ilə yaxın bir dövr ərzində biz Qarabağa ədalət istədik, zəbt olunmuş, qarət edilmiş, yerlə yeksan olunmuş torpaqlarımıza ədalət istədik, bir milyondan artıq qaçqınımıza, köçkünümüzə ədalət istədik, 7-dən 77-yə qədər öldürülən, şikəst edilən, əsir götütülən, rüsvayçı hala salınan soydaşlarımıza ədalət istədik. O ədaləti bizə verdilərmi? Ədalət deyə qapılarına üz tutduqlarımız astanadan içəri belə buraxmadı bizi. Əksinə işimizi əydilər, düşmənin dəyirmanına su tökdülər, bizi günahkar kimi qələmə verdilər. Bəs o ədaləti necə əldə etdik? Əlbəttə ki, möhtərəm Prezidentimizin qətiyyəti, Ali Baş Komandan kimi cəsarəti, rəhbər kimi xalqın yanında olmağı, nəticə etibarilə xalq, ordu və dövlətin vəhdət şəkildə hərəkət etməsi sayəsində. Beləcə, 44 günlük ikinci vətən savaşı Zəfərlə nəticələndi və istədiyimiz, amma bizə verilməyən, vermək istənilməyən ədaləti özümüz bərpa etdik. Bu Zəfər nəticəsində "Dağlıq Qarabağ" ifadəsi də tarixə qovuşdu, "status-kvo" da, bu qəbildən olan digər məsələlər də. Bircə gün də möhlət verilsəydi, önümüzə ayı qaya dığırlatmasaydı Xocalı və digər işğal altında qalan torpaqlarımızda da ədaləti bərpa edəcəkdik. Sözümün canı odur ki, istəməklə nə ABŞ, nə digər Qərb ölkələri, nə də Avropa bizə o ədaləti verməyəcək. Xocalıda da, Xocavənddə də, Xankəndidə də, Ağdərədə də, Qazağın 7 kəndində də, lap elə bappalaca Kərkidə də ədaləti özümüz bərpa edəcəyik - Ali Baş Komandanın rəhbərliyi altında və əminlikə deyirəm ki, o gün uzaqda deyil inşallah.
Üçüncü deyəcəyim isə televiziya kanallarının bəzi aparıcılarına və bəzi siyasi şərhçilərədir. Dindirən kimi başlayırlar ki, bəs biz Xocalı faciəsinin qisasını artıqlaması ilə almışıq. Təbii ki, 44 günlük savaşda əldə etdiyimiz ZƏFƏR başımızı uca, alnımızı açıq etdi, gözümüzü kölgədən qurtardı, təbii ki, 100 minə yaxın igid, mərd oğullarımızın bu və digər formatda iştirakı, 10 minlərlə qazimizin rəşadəti, 3 min nəfər şəhidlik zirvəsinə ucalan ərənlərimizin qəhrəmanlığı sayəsində. Amma unutmayaq ki, Xocalı azad olmayınca, orda rahat gəzə bilməyincə, Xocalı şəhidlərinin xatirəsinə abidə-kompleksi Xocalının özündə ucaltmayınca "Xocalı şəhidlərinin qanı yerdə qalmadı, onların qisasını aldıq" deməyin ozü günahdı. Yuxarıda da qeyd etdiyim kimi, o sözü deyəcəyik, özü də çox da uzaqda olmayan bir zamanda. Öncə çayı keçək, sonra "Bərəkallah"ımızı deyək. O sözü deyənlərə bir də tövsiyəm ondan ibarətdi ki, o gün Xocalıda törədilənləri təkrar-təkrar oxusunlar, görsünlər bu qətliamın tayı, bənzəri olan başqa bir faciə varmı dünyada. Və erməni-rus quldur birləşmələrinin etdiklərinin hansı birini biz etmişik qarşı tərəfə?!
Allah Xocalı şəhidləri də daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Amin inallah.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.