Dağıntılar altından çıxarılarkən ölü zənn edilən gənc qəbiristanlıqda hərəkət edib.
Suriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılan suriyalı qəbiristanlıqda sağ tapılıb.
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da böyük dağıntılara və minlərlə insan tələfatına səbəb olub.
İngiltərənin "Dailystar” qəzetinin xəbərinə görə, Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü düşünülüb. Axtarış-xilasetmə qrupları onun cansız cəsədini şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparıb.
Morqda saxlanılan gənc suriyalı Əhməd əl-Mağribinin ailəsi ilə iki gün sonra əlaqə saxlanılıb. Ailənin şəxsiyyəti yoxlanıldıqdan sonra dəfn mərasimi üçün qəbiristanlığa gediblər. O vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi qəbiristanlığa çatanda hər kəsi təəccübləndirib. Belə ki, onun hərəkət etdiyi məlum olub.
Gözlərinə inanmayan ailə cəsəd torbasından çıxardıqları gənci yenidən xəstəxanaya aparıblar.
Həkimlər ürəyi dayanan adamın yenidən həyata qayıtmasının çox nadir hal olduğunu bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.