Türkiyədə baş vermiş zəlzələ zamanı parlaq işıq müşahidə edilməsinə aydınlıq gətirilib.
Türkiyənin Rabitə Nazirliyindən verilən açıqlamaya görə, bununla bağlı sosial şəbəkələrdə bir sıra dezinformasiyalar yayılıb və bəzi şəxslər bu işıqların zəlzələ yaradan sistemin göstəricisi olduğunu iddia ediblər.
"Zəlzələni yaradan enerji süxurlarını təşkil edən bəzi minerallar elektrik xüsusiyyətlərinin dəyişməsinə səbəb olur. Seysmik kəmərdə hərəkətin başlaması ilə yığılmış enerji sərbəst buraxılır ki, bu zaman bir tərəfdən təkan yaranır, digər tərəfdən elektrik xüsusiyyətlərinin dəyişməsi parlaq işıltılara səbəb olur. Zəlzələ zamanı müşahidə edilən bu işıqlar süxurlardakı minerallarla əlaqədar olaraq müəyyən şəraitdə ortaya çıxır. Həmin işıqlar yerdən 200 metr yüksəkliyə çata bilir və bəzi hallarda ildırım kimi görünür. Mavi alova və işıq kütlələrinə bənzəyən zəlzələ işıqları göründükdən qısa müddət sonra itir. Bu işıqlar zəlzələdən sonra deyil, zəlzələ zamanı müşahidə olunur" - deyə qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.