Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və daxili işlər naziri Süleyman Soylu Hatayda baş verən 6,4 bal gücündə zəlzələni AFAD koordinasiya mərkəzində hiss ediblər.
Fevralın 6-da mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin ən böyük dəhşətini yaşayan Hatay yenidən silkələnib. Saat 20.04-də Defne rayonunda 6.4 bal gücündə, 20.07-də isə Samandağ rayonunda 5.8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində 6 nəfərin həyatını itirdiyi, 213 nəfərin isə yaralandığı bildirilib.
Digər tərəfdən, zəlzələ zamanı prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş AFAD koordinasiya mərkəzində olublar. Görüş zamanı zəlzələni hiss edən Ərdoğanın, Baxçalının və Soylunun həmin anları izləyicilər tərəfindən lentə alınıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.