Fevralın 20-də ABŞ prezidenti Co Bayden əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Onu Ukrayna prezidenti Vladimir Zelenski qarşılayıb. Ağ Ev rəhbəri artıq Kiyevi tərk edib.
Bayden həm də geyimi ilə gündəmə gəlib. Zelenski hər zaman olduğu kimi bu dəfə də hərbi geyimdə olub, Bayden isə Ukrayna bayrağının rənglərini əks etdirən mavi və sarı zolaqlı qalstuku ilə diqqət çəkib.
Hər iki dövlət başçısı birlikdə Mixaylovskaya meydanında Ukraynanın həlak olan müdafiəçilərinin xatirəsini yad ediblər. Kiyev küçələrində Bayden klassik qara paltoda, sürməyi kostyumda və ağ köynəkdə görüntülənib. O, işgüzar imicini Ukrayna bayrağının rənglərində - mavi və sarı rəngli zolaqlı qalstukla tamamlayıb. Həmçinin o, dəbli qara aviator eynək taxıb.
Co Bayden qeyd edib ki, o, Kiyevə “Ukraynanın demokratiya, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək” üçün gəlib. Görünür, o, bunu təkcə səfəri ilə deyil, həm də geyimi ilə sübut etməyə çalışıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.