Türkiyədə baş vermiş dəhşətli zəlzələnin faciəvi sonluğu görəsən Azərbaycanda günbəgün göbələk kimi artmaqda davam edən əmlak bazarına da təsir edəcəkmi? Bu hadisə ölkəmizdə də narazılıqlara səbəb olmuşdur. Sahibkarlar tikinti zamanı istifadə olunan avadanlıqlardan, materiallardan məhdud sayda istifadə edərək təhlükə yaratmaqda davam edirlər. Hətta bəzi sahibkarlar var ki, onlar zirzəmilərə müdaxilələr edərək binanın möhkəmliyini sıfıra endirirlər. Bu da yeni tikili adı altında dayanaqlığın itirilməsinə gətirib çıxarır. Fasadı aldadıcı olan mənzillərə sahib olan alıcılar da eyni fikirdədilər. Yüksək məbləğ ödəyib yaşadığı mənzildə sonradan bütün problemlər üzə çıxaraq, bilavasitə bina sakinlərini ciddi şəkildə narahat edir. Azərbaycanda yeni tikililər zəlzələyə nə qədər davamlıdır? Hazırda tikilən göydələnlərdə seysmik normalar nəzər alınmır. Binalar həddindən artıq keyfiyyətsiz və bir- birinə yaxın məsafədədir. Əgər Bakıda zəlzələ baş verərsə, "yeni tikili" adı altında olan bütün binalar seysmik davamlılığa tab gətirməyərək, yerlə- yeksan olacaq.Belə ağır nəticələrlələ qarşılaşmamaq üçün ciddi şəkildə bu sahə nəzarətə götürülməlidir.
X.İsmayıl
Bununla əlaqədar mediada yayımlanmış bir məqaləni oxucularımızın diqqətinə çatdırmaq istərdim. Bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Türkiyədə baş verən məlum faciələr Azərbaycanda, xüsusən də tikinti meydançasını xatırladan (Qarabağda tikmək əvəzinə, Bakını tikirlər) paytaxt Bakıda göydələnlərin tikintisinə ictimai diqqəti və narahatlığı artırıb. "Təzadlar"ın elektron poçtuna "MELİSSA" yaşayış komleksi ətrafında yaşayan (Zərdabi küçəsi, Diaqnostika ilə üzbəüz, Tbilisi prospekti və Azərcell-in baş ofisinin arxa tərəfi) sakinlər tərəfindən bir şikayət daxil olub.
Yazırlar ki, 16 mərtəbəyə icazə verilsə də MTK-nın acgöz sahibləri artıq 20 mərtəbəni qaldırıb... Binanın beton sütunları isə namnazikdir və s. Sitat: "Bu ərazi də sürüşmə ehtimallıdır. Biz sakinlər tikinti başlayandan izləyirik, aidiyyəti dövlət qurumları buranı nəzarətə götürməlidir. Qarın-qarına tikilən göydələnlərin zəlzələyə dözümlülüyü necədir?".
Bəli, qardaş Türkiyədə baş verənlər nəticə çıxarmağa bəs edəcəkmi?
azerbaycanreallığı.com
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.