24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Ziyadxan Əliyev: TƏBRİK ƏVƏZİ

2 il əvvəl 1280 01

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin nüfuzlu xüsusi təhsil ocaqlarından sayılan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyində dəyişiklik baş vermişdir. Onun yarandığı gündən rektoru olmuş görkəmli heykəltəraş, akademik Ömər Eldarovu Azərbaycan heykəltəraşlığı ənənələrini layiqincə davam etdirən, bunu yerli və xarici məkanları bəzəyən monumental abidələri ilə təsdiqləyən, uzun illər ərzində həmin Akademiyada pedaqoji fəaliyyətlə məşğul olmaqla, yeni kadrların hazırlanmasında yaxından iştirak etmiş Natiq Kamal oğlu Əliyev əvəz etmişdir. Bəlkə də ilk dəfədir ki, ictimaiyyət bu dəyişikliyi rəğbətlə qarşılamış, nə “gedənin”, nə də “gələnin” arxasınca danışan olmamışdır. Odur ki, biz ilk növbədə ömrünün 96-cı baharını yaşayan Ömər müəllimə möhkəm can sağlığı arzulamaqla, onun istedadlı xələfini də təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!

PSİXOLOJİ YAŞANTILARIN PLASTİK TƏCƏSSÜMÜ

XALQ RƏSSAMI NATİQ ƏLİYEVİN YARADICILIĞINA BAXIŞ...

Milli təsviri sənətimizin son bir qərinəlik inkişafı heykəltəraşlarımızın müəllif dəst-xəttini şərtləndirən mövzu və forma-biçim axtarışları ilə yadda qalıb, desək, yanılmarıq. Bu prossesdə diqqət çəkən amil plastik axtarışlara səy göstərənlərin sırasında taleyini bu sahəyə bağlamış yaradıcıların ən müxtəlif nəsillərin nümayəndələrinin olmasıdır. Digər önəmli məsələ isə milli plastika ustalarımızın öz yaradıcılıq nümunələrinin tətbiqi coğrafiyasını duyulası dərəcədə genişləndirmələridir. Belə yaradıcıların sırasında xalq rəssamı, professor Natiq Əliyevin xüsusi yeri vardır, desək, yanılmarıq. Onun monumental heykəltəraşlıq, dəzgah və memorial plastika sahəsində yaratdığı əsərlər tarixi diapazonun genişliyi ilə yanaşı, mövzu və bədii şərh rəngarəngliyi-özünəməxsusluğu ilə seçilir. Bu heç şübhəsiz tanınmış tişə ustasının davamlı axtarışlarının, dünya və milli mənəvi dəyərlərindən yaradıcılıqla faydalanmasının, plastikaya ənənə və müasirlik prizmasından yanaşmasının nəticəsidir.

Tanışlıq üçün deyək ki, o, ixtisas təhsilini əvvəlcə Bakıda - məşhur “Əzimzadə məktəbi”ndə (1978), sonra isə Sankt-Peterburqda - V.Muxina adına Ali Bədii-Sənaye Məktəbində (1983) almışdır. Fəza-məkanda yer alan ilk əsərini də 1985-ci ildə elə təhsil aldığı şəhər üçün işləyib. Natiq Əliyevin Böyük Vətən Müharibəsi zamanı Leninqradın müharisəsində həlak olmuş həkim və tələbələrin xatirəsinə ucaldılacaq abidə üçün elan olunmuş müsabiqənin qalibi adına layiq görülməsini, əslində orta və ali məktəbi fərqlənmə diplomu ilə bitirən gənc tişə ustasının gələcək uğurlarının başlanğıcı saymaq olardı. Onun o vaxtdan bu günə qədər davam edən yaradıcılığını əyaniləşdirən sənət nümunələrinin daşıdığı yüksək bədii-estetik məziyyətlərə rəğmən demək olar ki, Natiq Əliyev çağdaş milli heykəltəraşlıq məkanında axtarışlarında özünəməxsusluq və sabitlik müşahidə olunan az-az sənətkarlardandır.

Bunu şərtləndirən səbəblər çox olsa da, qənaətimizcə, bu daha çox onun yaradıcılığında müasirliyi dərketmənin, insan taleyini və xarakterini duymanın, bədii obrazların tutumunda-strukturunda ifadə etmənin mövcudluğu ilə bağlıdır. Heykəltəraşın həmişə öz qəhrəmanlarının mənəvi miqyasını və daxili aləminin canlı dinamikasını üzə çıxarmağa çalışması da onun əsərlərinin fərdi və fərqli keyfiyyətlərə bələnməsini şərtləndirib, desək, həqiqəti söyləmiş olarıq. Bu mənada onun Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə (Kiyev), qəzəlxan-şair Əlağa Vahidə (Rahib Həsənovla birlikdə), Azərbaycanın ilk professional təhsil görmüş memarı Zivərbəy Əhmədbəyova, xalq şairi Bəxtiyar Vahabzadəyə (Şəki), rumın bəstəkarı Corc Eneskuya (Bakı), Avstriya bəstəkarı Volfanq Amadey Motsarta (Bakı), dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə (Serbiya), Xocalı faciəsinin qurbanlarına (Meksika və Türkiyə) və məşhur norveç səyyahı Tur Heyerdala (Şəki) həsr olunmuş abidələri monumental tutumu ilə yanaşı, özündə sənətlərin sintezi probleminin uğurlu həllini yaşadan plastika nümunələridir.

Bu plastika nümunələrində heykəltəraşın realist-gerçəkçi bədii şərhə tapınmağını da, onun forma-biçim orijinallığını məna-məzmun tutumunun açımına yönəldilməsini də görmək mümkündür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevdə ucaldılan abidəsində Natiq Əliyev realizmə tapınan gerçəkçi olsa da, plastik şərh baxımından bu üsluba yaradıcı yanaşan, onun ifadə imkanlarını genişləndirməyi bacaran bir sənətkardır. Qənaətimizcə bu görkəmli şəxsiyyətə xas müsbət keyfiyyətləri yaddaqalan tutumda gerçəkləşdirmək üçün müəllifin məhz bu cür bədii şərhi daha inandırıcı və ən düzgün bədii ifadə seçimidir.

Amma yuxarıda adları çəkilən əsərlərin arasında şair Əlağa Vahidin heykəlinin başqalarından fərqlənməsi inkar olunmaz bir həqiqətdir. Doğrudan da qəzəlləri dillər əzbər olan şairin tunc abidəsi bütün mənalarda orijinal və bənzərsizdir. 1990-cı ildə bu abidənin açılışı Azərbaycan mədəni məkanında yaddaqalan hadisəyə çevrildi, desək, yanılmarıq. Belə ki, üzəri müxtəlif milli mərasimlərin təsvirləri ilə bəzədilən və birbaşa yerdən ucalan iri ölçülü bu portretin forma-biçimi, fəza-məkan həlli dövrünə görə çox yeni və mütərəqqi idi. Onun ucaldılma vaxtının kommunist rejiminin qürubuna düşməsi heykəlin xeyrinə oldu. Əminliklə demək olar ki, bu bir qədər əvvəl baş versəydi, yəqin ki, kommunist-ideoloqlar Əlağa Vahidə bu cür müasir tutumlu abidə qoyulmasına imkan verməzdilər. Əslində isə, bu abidənin qeyri-adiliyi bütün həyatı və yaradıcılığı ilə yerdə qalan bütün həmkarlarından fərqlənən qəzəlxan-şairin ruhuna uyğun idi...

Natiq Əliyevin müstəqillik illərində ərsəyə gətirdiyi yeni əsərlərin arasında Üzeyir Hacıbəylinin Novi Sadda (Serbiya) ucaldılan abidəsi də maraqlə bədii şərhinə görə diqqət çəkir. Əlağa Vahiddə olduğu kimi bu abidəni də portret-büst formasında həll edən heykəltəraş onun əhatəliliyinə və monumentallığına nail ola bilmişdir. Görkəmli musiqiçini yaradıcılıq prossesində görüntüyə alan müəllif, onu not vərəqləri ilə əhatələndirməklə, yaşanan anın inandırıcılığına nail ola bilmişdir. Adı musiqi tariximizə qızıl hərflərlə yazılmış bəstəkarın müxtəlif hərəkətlərdə verilmiş qolları, ətrafına ritmli şəkildə səpələnmiş not vərəqləri ümumi kompozisiyanın dinamikliyini şərtləndirmişdir...

Tişə ustasının M.F.Axundzadə adına Milli Kitabxananın lociyasını bəzəyən Niyazinin heykəli, Suraxanıda xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş büstü də uğurlu fəza-məkan həllinə görə diqqət çəkir, yadda qalır.

Öz yaradıcılığında memorial heykəltəraşlığa geniş yer ayıran Natiq Əliyev obrazlarına müraciət etdiyi şəxsiyyətlərin cəlbedici-yaddaqalan plastik görüntülərini yarada bilmişdir. Onun M.S.Ordubadi, A.Şaiq, X.B.Natəvan, C.Məmmədquluzadə, Ş.Ələkbərova, İ.Əfəndiyev, C.Novruz, A.Cəlilov, M.Dilbazi və b. memorial-xatirə lövhələri bu qəbildəndirlər. Bu plastik nümunələrin forma-biçim həllində duyulası yaradıcı sərbəstlik nümayiş etdirən heykəltəraş, bunun sayəsində hər bir kompozisiyanın qəhrəmanını tamaşaçını duyğulandıra biləcək obraz səviyyəsinə yüksəldə bilmişdir.

Eyni bədii-estetik məziyyətləri onun Fəxri Xiyabanda yer almış məzarüstü abidələrində (İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz, Bəşir Səfəroğlu və Osman Mirzəyev) də müşahidə etmək mümkündür.

Sənətkarın yaradıcılığında dəzgah heykəltəraşlığı nümunələri də xüsusi yer tutur. Onun davamlı olaraq ərsəyə gətirdiyi həmin əsərlərdə ən müxtəlif mövzular yer almışdır. Çeşidli materiallardan və tuncun rəng çalarlarından yaradıcılıqla istifadə edən müəllif, bizə tanış olan süjetlərə çox maraqlı, bir çox hallarda isə gözlənilməz bədii şərh vermişdir. “Tarazlıq” (tunc), “Sükunət” (ağac), “Qızıl atlı” (tunc), “Qadın portreti” (daş), “Həvva” (tunc). “Arfa çalan” (mərmər), “Formal kompozisiya” (latun), “Ailə” (tunc), “Yaralı şair” (tunc), “Çərxi-fələk” (tunc) və s. əsərlərdə dünyamıza fərdi plastik münasibətini ifadə edən heykəltəraş sadəcə seyrçi deyil, o həm də suallıdır. Belə ki, onun əsərlərinin forma-biçim rəngarəngliyindən “boylanan” məna-məzmun yükü həm də düşündürücü, psixoloji-fəlsəfi tutumludur...

Onun Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələr davamlı olaraq layiqincə dəyərləndirilmişdir. O, hələ sovet dönəmində Respublika Gənclər Mükafatınn laureatı (1989) adını qazanmışdı. Natiq Əliyevin 2000-ci ildə Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatına layiq görülməsi isə onun yaradıcılığına həmkarlarının verdiyi qiymətin göstəricisidir. O, heykəltəraşlıq sahəsində qazandığı davamlı uğurlara görə həm də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatının (2008) laureatıdır.

Sənət uğurlarına görə 2002-ci ildə ona “Azərbaycan Respublikasının əməkdar rəssamı”, 2005-ci ildə isə “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adları verilmişdir. Onun 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilməsi isə qazandığı beynəlxalq nüfuzun göstəricisidir.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akadmiyasının professoru olan Natiq Əliyev müstəqil yaradıcılıqla yanaşı 30 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə də məşğuldur. Bu müddətdə plastika sənətimizin gələcək inkişafını gerçəkləşdirəcək onlarla gənc heykəltəraş yetişdirməsi də qənaətimizcə bir müəllim kimi onun ən böyük qazancıdır...

P.S. Yeri gəlmişkən sənətkarı bu günlərdə qazandığı yeni sənət uğuru münasibətlə də təbrik edirik! Belə ki, o, məşhur el aşığı – Aşıq Ələsgərə ucaldılacaq abidə üçün elan olunmuş müsabiqənin qalibi olmuşdur.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com