Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından iki nəfəri sağ çıxarıblar.
Dağıntılar altından çıxarılan Enes və Baki Yeniar qardaşları yaşadıqlarını danışıblar.
“Adətimiz üzrə səhərlər qardaşımla işə gedirdik. Telefonda saatı qurdum və bu gün tez qalxaq dedim. Yuxudan oyandım, bərk şəkildə yırğalandım. “Qardaş, qalx”, - dedim. Yuxarı mərtəbənin divarları üstümə gəldi. Telefonu tapmasaydıq, indi həyatda olmayacaqdıq. Adətən, idmanla məşğul olduğum üçün siyirtməmə protein tozu qoyuram. Su da qoyurdum, amma onu tapa bilmədim. Qardaşımla paylaşdıq”, - deyə qardaşlardan Enes Yeniar bildirib.
“Dağıntılar altında 12 gün saydım mən. İçimiz rahat idi. Telefonu tapmağım şans oldu, qardaşım məndən üstdə idi. İçəriyə təmiz hava axını girirdi. Allaha dua etdik. Protein tozu ilə qidalandıq. İdrarımızı içməyə məcbur olduq. Bir az ürəkbulanma oldu. Zamanın çoxunu yatdıq, qardaşımla qucaqlaşıb yatdıq. Şükür Allaha, sağ-salamat çıxdıq, inşallah, digərləri də çıxarlar. Allah hamıdan razı olsun”, - deyə digər qardaş Baki Yeniar qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.