Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar altında qalanların xilas edilməsi prosesi davam edir. Hələ də, bir çox uçan binanın altında çoxsaylı indanların qaldığı bildirilir.
Baş verən güclü zəlzələdə daha çox binanın dağılmasının səbəbi isə müzakirə olunmaqdadır. Bir çoxları həmin binaların keyfiyyətsiz tikinti matreallarından istifadə edildiyi üçün dağıldığını bildirir.
Malatyada dağılan bir binanın 15 il əvvəl tikildiyi məlum olub. Tikinti zamanı həmin binanın da keyfiyyətsiz mallardan istifadə edildiyi iddia olunur. Həmin iddianı isə o binanın tikintisində iştirak edən Uğur Kara adlı şəxs edib. Uğur Kara binanın çökməsində onun tikintisini sifariş verən tikinti şirkətini günahlandırıb.
“Binanın özülünü atarkən keyfiyyətsiz dəmirdən istifadə edilirdi. Bundan başqa, göstəriş verilmişdi ki, 3 ton əvəzinə ora 2 ton dəmir töksünlər. Beton nəzarəti də edilmirdi. Beton zəif tökülmüşdü. Onlar həmin pulu necə yeyəcəklər?”, - deyə Uğur Kara bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.