Türkiyə və Suriyada zəlzələdə dağıntılar altında qalanların xilası davam etdikcə hər keçən gün ümidləri daha da azaldır.
BMT-nin rəsmi məlumatına görə, axtarışlar və sağqalanların xilası maksimum 6-7 gün çəkə bilər.
Zəlzələ üzrə xilasedici ekspert Aleksandr Qofşteyn bildirir ki, daha çox sağqalma şansı sərin yaz–payız aylarında və panel evlərdə olur.
"Episentrin mərkəzində yerləşən evlərdə sağ qalma şansı azdır.
Ən təhlükəli evlər isə kərpic evlərdir, onlar qum kimi ovulur, su kimi axır və altında insanı basdırır.
Ciddi travması, beyin zədəsi və qanaxması olmayan insan qapalı yerdə maksimum 4-5 sutka qala bilər.
Eləcə də dağıntı altında qalan və hələ çıxarılmasa da su və qida çatdırıla bilən insan panikaya düşməsə hətta 12-15 gün də olduğu yerdə qala bilər.
Zəlzələ tarixində hətta 7 gün sonra da sağ tapılanlar olub.
Qızıl saat zəlzələdən sonrakı ilk 3-5 saatdır. Saatlar, günlər keçdikcə ilk gün sağ qalanların şansı da azalır.
Xüsusən zədə, açıq yarası olan insanların şansları saatbasaat itir”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.