Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdən sonra Hatayın İskenderun rayonunda dənizin səviyyəsi qalxıb.
Nəticədə sahil boyu yolları, meydanları su basıb, dəniz bulvara doğru daşıb.
Sahil zolağında dəniz səviyyəsindən yuxarıda yerləşən iş yerlərini də su basıb və su bulvardan keçərək küçə və prospektlərə doğru irəliləyib. Risk səbəbindən bulvardakı binalar, banklar və iş yerləri boşaldılıb, insanlar təxliyə edilib.
Zəlzələdən 2 gün keçməsinə baxmayaraq, dənizin çəkilməməsi diqqət çəkib. Həm zəlzələ riski, həm də dənizin daşması təhlükəsinə görə sahil zolağındakı evlər də boşaldılıb.
İskenderun Bələdiyyəsi bölgə əhalisini qəzalı evlərə girməmələri və sahilyanı bölgədə dəniz daşqınları səbəbi ilə yaşana biləcək problemlərə qarşı xəbərdarlıq edib. İnsanlar təbii fəlakətdən sonra parklarda və qapalı küçə bazarlarında qalmağa çalışırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.