Bu gün Qazaxıstanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental metodoloji ekspedisiyası məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də (Bakı vaxtı ilə 17:02) qeydə alınıb. Təbii fəlakətin episentri Alma-Atadan 628 km qərbdə yerləşib. Mənbə 5 km dərinlikdə yerləşib.
Seysmoloqların məlumatına görə, MSK-64 şkalası üzrə 2-3 bal gücündə zəlzələ respublikanın üçüncü ən böyük şəhəri, əhalisi 1,1 milyon nəfərdən çox olan Şımkənddə, həmçinin Şımkənddən bir neçə on kilometr aralıda yerləşən Temirlanda hiss olunub.
Xatırladaq ki, bu gün Türkiyə və Suriyada güclü zəlzələ baş verib. Nəticədə hər iki ölkədə minlərlə bina dağılıb, mindən çox insan həlak olub, minlərlə yaralı və itkin düşən var.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.