24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. ARAŞDIRMA - QALMAQAL
ARAŞDIRMA - QALMAQAL

Qafar Cəbiyev: Pulu alıb gediblər, nə film var, nə də özləri...

2 il əvvəl 1013 01

Son günlər ayrı-ayrı media platformalarında vaxtı ilə ölkə Prezidenti tərəfindən teleseriallar çəkilməsi məqsədilə özəl telekanallara ayrılan vəsaitin taleyi və onun bəzi vəzifəli şəxslər tərəfindən mənimsənilməsi barədə yazılar getməkdədir. Bu yazılarda həqiqət də, həqiqət olmayan məqamlar da var. Bəziləri yetərincə məlumatları olmadığından, bəziləri də bilərəkdən məqsədli şəkildə baş verənləri təhrif edirlər. Bu nüansları nəzərə alaraq məsələ ilə bağlı Milli Televiziya və Radio Şurası sədrinin sabiq müavini,  tarix elmləri doktoru, professor, əməkdar jurnalist Qafar Cəbiyev müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Qafar müəllim, bir müddət Milli Televiziya və Radio Şurası sədrinin müavini işləmisiniz. Və əlbəttə son günləri teleseriallara ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı gedən söz-söhbətləri siz daha yaxşı bilərsiniz. Əslində acı reallıq nədən ibarətdir?

– Əvvəla qeyd edim ki, ölkə Prezidenti tərəfindən teleseriallar çəkilməsi məqsədilə özəl telekanallara nəzərdə tutulan vəsait Mədəniyyət Nazirliyinə deyil, Milli Televiziya və Radio Şurasına ayrılıb. İkincisi, dərc olunan yazılarda və açıqlamalarda yalnız 6 milyon manatdan söhbət gedir. Əslində isə bu rəqəm 11 milyon manat təşkil edir. Yəni cənab Prezident tərəfindən milli teleseriallar çəkilişi məqsədilə Milli Televiziya və Radio Şurasına 2011-ci ildə 5 milyon, 2013-cü ildə isə 6 milyon manat vəsait ayrılıb.

Xüsusi vurğu ilə deməliyəm ki, cənab Prezidentin bu sərəncamları o zaman üçün tam vaxtında və son dərəcə mühüm hədəflərə yönəlik bir qərar idi. Təsəvvür edin, XXI əsrin ilk onilliyində xarici teleseriallar Azərbaycan efirini demək olar ki, tam olaraq zəbt etmişdi. Hansı ki, həmin teleseriallarda təbliğ və təlqin olunan həyat tərzi Azərbaycan cəmiyyəti və Azərbaycan dəyərləri ilə əsla uzlaşmırdı. Bu isə cəmiyyətdə əxlaqi və milli mənəvi dəyərlərin aşınmasına, Azərbaycanın ailə institutu ənənələrinə yad olan mənfi tendensiyaların yayılmasına rəvac vermək demək idi. Beləliklə, bu sahəyə dövlət dəstəyində məqsəd Azərbaycan cəmiyyətinin bu günündən, müsbət nümunələrlə dolu olan zəngin tarixi keçmişindən və milli ənənələrimizdən bəhs edən yeni-yeni teleseriallar çəkilişi idi.

Ədalət naminə deməliyəm ki, ölkə Prezidenti tərəfindən ayrılmış 11 milyon  vəsait Teleradio Şurası tərəfindən özəl telekanallar (ANS, Lider, ATV, Xəzər, SPACE və ARB) arasında demək olar ki, bərabər şəkildə bölünərək onların hesabına köçürüldü.

– Bəs onda yeyinti necə baş verə bilərdi?

– Həmin vəsaitin mənimsənilməsi istiqamətində oyunlar məhz o mərhələdən sonra başlanıldı. Gəlin, baxaq görək telekanallara ayrılan həmin vəsaitləri kimlər və hansı yolla qamarlayıb. Yeri gəlmişkən, diqqətli oxuculara onu da xatırlatmaq istərdim ki, mənim bu barədə əvvəllər də mətbuatda yazılarım gedib, ölkənin rəsmi dövlət orqanlarına təkrar-təkrar müraciəğtlərim olub. Məsələn 15 may 2020-ci il tarixdə “KONKRET.az” saytında dərc olunmuş “Əli Həsənov MTRŞ-nin fəaliyyətini niyə iflic etdi?” adlı yazımın yarımbaşlıqlarından biri “Ölkə Prezidentinin teleseriallar çəkilişinə ayırdığı milyonların taleyi necə olbu?” adlanırdı. Həmin yazıda yer alan iki faktı təkrarən oxuculara təqdim etmək istəyirəm:

Birinci fakt ondan ibarətdir ki, o zaman teleseriallar çəkilişi məqsədilə ATV-yə ayrılan pulların demək olar ki, hamısı birbaşa Əli Həsənovun tapşırığı ilə onun oğlu Şamxal Həsənlinin rəhbəri olduğu prodakşına ötürüldü. O da guya Cəfər Cabbarlının “Aydın” pyesi əsasında eyni adlı teleserial çəkməli idi. Amma həmin teleserialı bu günədək efirdə görən olmadı. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bircə dəfə də olsun bu məsələni dilə gətirmədi.

Eşitdiyimə görə, o zaman ayrılan pulların xərcləndiyi, lakin “Aydın” filminin ərsəyə gəlməməsi ilə bağlı ATV-nin rəhbəri Vüqar Qaradağlı ilə Əli Həsənov və onun həyat yoldaşı Sona Vəliyeva arasında çox ciddi narazılıq yaranıb. Yəni müqavilə müddəti başa çatdıqdan sonra V.Qaradağlının Şamxal Həsənlidən filmi istəməsi Ə.Həsənov və S.Vəliyevanın xətrinə dəyib. Məhz bu əhvalatdan sonra Əli Həsənov bütün vasitə və imkanlarından istifadə edərək ATV rəhbərini gözdən salmaq və ona qarşı inamsızlıq mühiti yaratmaq planlarını reallaşdırdı. Beləliklə də, Ə.Həsənov necə deyərlər “bir gülləyə iki dovşan” vurmuş oldu.

Birincisi, V.Qaradağlının kanal rəhbərliyindən getməsinə nail oldu. İkincisi, o dönəmdə ölkənin ən baxımlı kanalı olan ATV-yə gələn reklam gəlirlərinin bütünlüklə oğlu Şamxal Həsənlinin rəhbəri olduğu “Xəzər” TV-yə yönləndilməsinə nail oldu. Nəticədə, “Xəzər” TV-yə o qədər reklam sifarişi daxil olurdu ki, onu heç cür efir səbətinə yerləşdirə bilmirdilər. Bu səbəbdən də, davamlı olaraq reklam haqqında qanunun tələblərini pozurdular. Təsəvvür edin, həmin dönəmdə “Xəzər” TV-in efirində gün ərzində bəzən 25-30 dəfə reklam və teleticarətlə bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulurdu.

İkinci fakta nəzər salaq: “Xəzər” TV-yə ayrılan vəsait hesabına isə “Əli və Nino” serialı çəkilməsi məqsədilə “Trem” prodakşınla müqavilə bağlanılıb. Baxmayaraq ki, o dönəmdə artıq Leyla Əliyevanın təşəbbüsü ilə “Əli və Nino” filminin çəkilişi gedirdi. Mən bu məsələ ilə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli ilə söhbət edərək dedim ki, bəlkə “Xəzər” TV ilə “Trem” prodakşının müqaviləsinə yenidən baxaq. Axı, eyni əsər əsasında paralel olaraq iki film çəkilməsinə nə lüzum?! N.Məhərrəmli isə, – “bunun nə ziyanı var, qoy, iki film olsun”, – dedi. Müddət başa çatdı, amma “Trem” prodakşının filmi üzə çıxmadı. Bu haqda N.Məhərrəmlinin tapşırığı əsasında Şura sədrinin müavini olaraq mən “Xəzər” TV-nin o zamankı rəhbəri Hüseyn Dinləməzlə telefon əlaqəsi yaradaraq filmin çəkilişi vəziyyəti ilə maraqlandım. O, da dedi ki, pulu alıb gediblər, nə film var, nə də özləri. Belə olanda mən bir qədər sərt tonda sual etdim ki, “Bəs belə bir qeyri-ciddi hüquqi şəxslə müqavilə bağlayanda gözünüz, ağlınız harada idi?”

H.Dinləməzin mənə cavabı da kifayət qədər sərt və gözlənilməz oldu. Dedi ki, abi o adamları mən heç tanımırdım da, onları mənə siz yön gördünüz. Onun bu cavabı mənə bərk dəydi. Ona görə də, səsimin tonunu bir qədər də qaldıraraq “Hüseyn bəy, Siz nə haqla mənimlə belə danışırsınız? İndiyədək mənim səninlə ya və şirkətinizlə hər hansı bir formada danışığım, yaxud da sizlərə xahiş və ya tapşırığım olub?!”

O, səsinin tonunu lap aşağı salaraq “abi mən siz deyəndə Şuranı nəzərdə tuturam. Bəli, mənə şəxsən sədriniz N.Məhərrəmli Ə.Həsənovun adından dedi ki, pulu məhz “Trem” prodakşına verin, onlar “Əli və Nino” serialı çəkəcək”.

Mən “Xəzər” TV rəhbərliyi ilə olan bu danışığımı dərhal və olduğu kimi Şura sədri N.Məhərrəmliyə çatdırdım. O, qıpqırmızı qızararaq “gərək sən onunla o tonda danışmayaydın”, – dedi və bir daha həmin pullar üçün heç kəsdən hesabat tələb olunmadı. Beləliklə, ölkə Prezidentinin teleseriallar çəkilişi üçün ayırmış olduğu pullar beləcə “xərcləndi”. Amma Azərbaycan tamaşaçısı o filmləri görmədi.

– Qafar müəllim, bu qədər özbaşınalıq necə baş verirdi? Şamxal Həsənov belə maxinasiyaları həyata keçirməkdən niyə çəkinmirdi? Axı nə baş verirdi ki, talama hədsiz səviyyədə olurdu?

– Bilirsiniz, bu barədə artıq çox deyilib. Yenə əlavə etmək istəyirəm. “Xəzər” TV-nin, eyni zamanda həm də “Dalğa” TV-nin, “Xəzər” və “Araz” radiolarının rəhbəri olan Şamxal Həsənli ölkə Prezidentinin köməkçisi olan atasına və Teleradio Şurasının sədr müavini olan anasına arxalanaraq, MTRŞ-dən gələn tövsiyə, tapşırıq və iradlara əsla məhəl qoymurdu. Hətta Teleradio Şurasının sədri N.Məhərrəmli efirdə baş verən qanun pozuntuları ilə bağlı nəinki Şamxala, heç onun işçilərinə belə irad tutmağa cəsarət etmirdi.

Ədalət naminə onu da deməliyəm ki, “Xəzər” TV-nin efirində yol verilən çox ciddi qanun pozuntuları ilə bağlı Şura sədri N.Məhərrəmli tərəfindən şəxsən Əli Həsənova dəfələrlə giley-güzar edildiyinin özüm şahidi olmuşam. Ə.Həsənov da hər dəfə cavabında, –  “niyə qoymursunuz ki, telekanallar pul qazansın”, – deyirdi.

Cənab Ə.Həsənov, əgər belədirsə, onda niyə digər telekanalların reklam fəaliyyətinin az qala mikroskop altında izlənilməsini və ən kiçik xətalara görə ayrı-ayrı yayımçıların cəzalandırılmasını tələb edirdiniz?! İş o yerə çatmışdı ki, Şuranın monitorinq şöbəsinin əməkdaşları “Xəzər” TV-nin monitorinqini aparmaqdan imtina edirdilər. Düz də edirdilər! Nəticəsi olmayan monitorinqlərə vaxt itirməyə dəyərdimi?! Vəziyyət bu cür davam etdikcə digər telekanalların nümayəndələri də çox haqlı olaraq etiraz səslərini daha açıq şəkildə büruzə verirdilər.

– Siz ATV və Xəzər  TV-nin timsalında ölkə Prezidenti tərəfindən milli telreseriallar çəkilişi məqsədilə ayrılmış milyonların hansı yolla və kimlər tərəfindən mənimsənildiyinə dair konkret faktlardan danışdınız. Bəs digər kanallarda olan pulların taleyi necə oldu?

– Bu barədə qısa danışacam. Çünki hələ də ictimaiyyət üçün məlum olmayan tərəflər var. Əfsuslar olsun ki, digər özəl telekanallar da onlara ayrılan pullar müqabilində teleseriallar çəkilişi sahəsində hansısa müsbət bir nümunə ortaya qoymadılar. Bu işdə qazanan isə Prezidentin sabiq köməkçisi Əli Həsənov, ailə üzvləri və çox böyük canfəşanlıqla ona trolluq edən dostları oldu. Daha dəhşətlisi isə odur ki, ölkədə aparılan çox ciddi kadr islahatları nəticəsində kreslolarını itirmiş olan həmin məmurlar indinin özündə də sakit dayanmırlar. Əllərində olan böyük sərmayə və hələ də kənardan-kənara idarə etdikləri şəbəkə hesabına səsləri, soraqları gah İstanbuldan, gah Dubaydan, gah da okeanın o tayından gəlir.

Müsahibəni apardı: Sevinc Paşayeva,

KONKRET.az

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Fransanın Ermənistana satdığı texnika real döyüşdə effektiv deyil- Zaxarova

Fransanın Ermənistana satdığı texnika real döyüşdə effektiv deyil- Zaxarova

John Doe 1 il əvvəl

Alen Simonyan: Azərbaycanda atom bombasından başqa hər şey var

Alen Simonyan: Azərbaycanda atom bombasından başqa hər şey var

John Doe 1 il əvvəl

Rusiyaya gedən azərbaycanlıların diqqətinə: bu işlər qadağan edildi

Rusiyaya gedən azərbaycanlıların diqqətinə: bu işlər qadağan edildi

John Doe 1 il əvvəl

Vaaqn Xaçaturyan: “Regionda kommunikasiyaları açmağa hazırıq”

Vaaqn Xaçaturyan: “Regionda kommunikasiyaları açmağa hazırıq”

John Doe 1 il əvvəl

HƏMAS-ın rəhbərinin nəvəsi Qəzzada öldürüldü

HƏMAS-ın rəhbərinin nəvəsi Qəzzada öldürüldü

John Doe 1 il əvvəl

Ermənistan KTMT-nin yardım paketindən buna görə İMTİNA ETDİ

Ermənistan KTMT-nin yardım paketindən buna görə İMTİNA ETDİ

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com