“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin ərazisindəki ehtimal edilən kütləvi məzarlıqda minalar var”.
Bunu ANAMA nümayəndəsi Vüsal Quliyev beynəlxalq səyahətçilər qrupu ilə birgə Füzuli rayonunun İşıqlı kəndində minatəmizləmə əməliyyatlarını izləyərkən əcnəbi səyyahlara məlumat verərkən deyib.
O, istehkamçıların Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktların araşdırılmasına və bu kütləvi məzarların aşkarlanmasına köməklik göstərdiklərini bildirib.
“Belə faktların baş verdiyi Kəlbəcərin Başlıbel və Xocavəndin Edilli kəndlərindən sonra hazırda Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də işlər aparılır. Lakin ərazinin minalarla çirklənməsi səbəbindən işlər çox çətin irəliləyir”, - ANAMA nünayəndəsi söyləyib.
Onun sözlərinə görə, 2020-ci il Vətən Müharibəsindən indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 81 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib, onlardan 14 minə yaxını tank əleyhinə minalar olub.
Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.